Məşhur futbol nəşri “Four Four Two” İngiltərə Premyer Liqa tarixinin ən yaxşı futbolçularının siyahısını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, reytinqin zirvəsində “Arsenal”ın əfsanəsi Tyerri Anri qərarlaşıb. Onu “Mançester Yunayted”in keçmiş ulduzu Kriştiano Ronaldo və klub tarixinin ən məhsuldar futbolçusu Ueyn Runi izləyir. Siyahının dördüncü pilləsində Premyer Liqanın rekordçu bombardiri Alan Şirer, beşinci yerdə isə “Liverpul”un ulduzu Məhəmməd Salah yer alıb.

İlk onluq aşağıdakı kimidir:

1. Tyerri Anri

2. Kriştiano Ronaldo

3. Ueyn Runi

4. Alan Şirer

5. Məhəmməd Salah

6. Kevin de Bruyne

7. Erik Kantona

8. Harri Keyn

9. Roy Kin

10. Frenk Lempard

Qeyd edək ki, siyahıya Stiven Cerrard, Rayan Giqqz və Dennis Berqkamp kimi əfsanələr daxil edilməyib. Bu isə futbolsevərlər arasında müzakirələrə səbəb olub.