Dünya ulduzu Lionel Messi Argentina milli komandasının dünya çempionatının seçmə mərhələsində Braziliya üzrəində 4:1 hesablı qələbəsinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı hücumçu sosial media hesabında həmyerlilərini təbrik edib.

"Meydançada və ya ondan kənarda - harda olmağından asılı olmayaraq, bu yığma komanda həmişə futbol vasitəsilə danışır. Dünənki möhtəşəm oyun, həmçinin Uruqvay üzərindəki qələbə münasibətilə təbrik edirəm", - deyə futbolçu qeyd edib.

Xatırladaq ki, ABŞ-ın "İnter Mayami" klubunun şərəfini qoruyan Messi Uruqvay (1:0) və Braziliya (4:1) ilə rəsmi matçlar ərəfəsində zədə səbəbindən milli komandanın heyətindən çıxarılıb.