Məğlubiyyətsiz çempion Terens Krouford karyerasını başa vurub..

Offsideplus.az xəbər verir ki, 38 yaşlı boksçu bu qərarını belə açıqlayıb:

“Mən rəqabətdən kənara çəkilirəm, döyüşməyi bitirdiyim üçün yox, fərqli bir növ döyüşü qazandığım üçün. İnsanın öz şərtləri ilə geri çəkildiyi döyüşü".

Krouford bu ilin sentyabrında Canelo Alvaresi məğlub edərək orta çəkidə kəmərin sahibi olub.

O. karyerası boyunca 42 döyüş keçirib və hamısında qələbə qazanıb. Amerikalı döyüşçü bu qarşılaşmaların 31-də nokautla qalibiyyət əldə edib.