"Qarabağ" heyətini yeni legionerlə gücləndirmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, bu barədə "pe90minutos" portalı məlumat yayıb.

"Köhlən atlar" Braziliyanın "Sport Resifi" klubunun müdafiəçisi Marselo Ajulu sıralarına qatmaq istəyir.

Ağdam təmsilçisi bununla bağlı artıq təklif göndərib, lakin ilkin məbləğ braziliyalıları qane etməyib.

Əsasən mərkəz müdafiəçisi kimi çıxış edən 23 yaşlı futbolçu karyerası ərzində vətənində bir sıra yerli klublarda oynayıb.

Ajulun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin qışında başa çatır. Braziliyalı müdafiəçinin transfer qiyməti 100 000 avro dəyərindədir.