Azərbaycanın voleybol üzrə milli komandasının lideri Polina Rəhimovanın formasını geyindiyi "Panionios" klubu Yunanıstan Kubokunu qazanıb.

Offsideplus.az xəbər verir ki, final matçında "Thiras"la qarşılaşan Afina təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Görüş boyu inamlı oyunu ilə seçilən "Panionios" növbəti titulunu qazanıb.