Azərbaycanda təşkil olunacaq "FIFA Series – 2026" beynəlxalq turniri üçün biletlərin satışına start verilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan, Oman, Syerra Leone və Sent Lüsiya yığmalarının mübarizə aparacağı yarışın martın 27-də keçiriləcək ilk oyunlarına biletləri "iticket.az" portalı üzərindən əldə etmək mümkündür.
Azarkeşlər gündüz saat 15:00-da "Dalğa Arena"da baş tutacaq Oman – Syerra Leone, axşam saat 19:00-da isə Sumqayıtın Mehdi Hüseynzadə adına stadionunda oynanılacaq Azərbaycan – Sent Lüsiya qarşılaşmalarını canlı izləmək üçün öz yerlərini indidən bilet alaraq təmin edə bilərlər.


