Misli Premyer Liqasında mübarizə aparan "Şamaxı" heyətini gücləndirib.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi Rodriqo Fransisko Fernandesi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, "Şamaxı" 27 xalla Premyer Liqada 8-ci yerdədir.