AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXII turunda baş tutan "Qarabağ" - "Sabah" qarşılaşması ilə bağlı sərt qərarlar qəbul edib.
Offsideplus.az xəbər verir ki, "Sabah"ın məşqçisi Valerio Zuddas rəqib komandanın ehtiyat oyunçular skamyasına qarşı qeyri-etik jest etdiyinə görə 7 oyunluq cəzalandırılıb. Eyni zamanda, "Sabah" klubu bu insidentə görə 15 000 manat cərimə ödəməli olacaq.
Matç zamanı yaşanan kütləvi davada aktiv iştirak edən "Qarabağ"ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadə isə hərəsi 6 oyunluq kənarlaşdırılıb. Ağdam təmsilçisi hər iki mütəxəssisin cəzası səbəbindən klub büdcəsindən ümumilikdə 12 000 manat (hər biri 6 min manat) vəsait ödəyəcək.


