Viktor Osimhen yay "transfer pəncərəsi" ərəfəsində yenidən "Arsenal" və "Mançester Yunayted"in hədəfləri sırasına daxil olub.

Offsideplus.az xəbər verir ki, hər iki Premyer Liqa klubu "Qalatasaray"ın hücumçusunun vəziyyətini yaxından izləyir.

Bu barədə "Sports Boom" portalı məlumat yayıb.

Lakin "Bavariya" transfer yarışında qalib gəlmək üçün 100 milyon avrodan çox olan nəhəng bir təkliflə onlara rəqib olmağa hazırdır.

Qeyd edək ki, "Qalatasaray" Osimheni transfer etmək "Napoli"yə 75 milyon avro ödəyib.

O, cari mövsüm 27 oyunda 18 qol vurmağı bacarıb.