Misli Premyer Liqasının XXIV turunda baş tutacaq "Sumqayıt" - "Şamaxı" oyununa giriş pulsuz olacaq.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanı izləmək istəyən tamaşaçılar heç bir məbləğ ödəmədən stadiona daxil ola bilər.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq "Sumqayıt" - "Şamaxı" matçı martın 15-də, Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.