“Bayer Leverkusen” “Arsenal” ilə oyundan əvvəl maraqlı paylaşım edib.

Offsideplus.az xəbər verir ki, Almaniya klubu “TikTok” hesabında paylaşdığı videoda bir şəxsin Mikel Artetanın məşhur “işıq nəzəriyyəsi” motivasiya çıxışına qulaq asdığı göstərilib.

Daha sonra həmin şəxs “Bayer Leverkusen”in paltardəyişmə otağına daxil olaraq otaqdakı bütün lampaların açarlarını və uzatma kabellərini gizlədir.

Video sosial şəbəkələrdə yumoristik məzmun kimi paylaşılaraq “Arsenal”ın baş məşqçisinə zarafat kimi qiymətləndirilib.