Misli Premyer Liqası klublarının 2024-cü ildə nə qədər gəlir əldə etdiyi məlum olub.

Offsideplus.az xəbər verir ki, ötən il ən çox gəlir əldə edən klub "Qarabağ" olub. Onlar 34 milyon 753 min 800 manatla zirvədədir.

2-ci yerdə "Neftçi", 3-cü yerdə isə "Sabah" qərarlaşıb. "Ağ-qaralar" 28 milyon 617 min 506 manat, "bayquşlar" isə 26 milyon 953 min 800 manat gəlir əldə edib.

Digər klubların qazancı belədir:

"Zirə" - 10 milyon 968 min 897 manat

"Sumqayıt" - 9 milyon 178 min, 60 manat

"Səbail" - 7 milyon 799 min 500 manat

"Araz-Naxçıvan" - 6 milyon 208 min 100 manat

"Turan Tovuz" - 6 milyon 145 min 200 manat

"Kəpəz" - 3 milyon 711 min 300 manat

"Şamaxı" - 3 milyon 51 min 300 manat

Qeyd edək ki, bu məbləğlər reklam və sponsorlardan daxilolmalar, UEFA-dan daxilolmalar, Futbolun İnkişafı Fondundan daxilolmalar, Kommersiya və digər əməliyyat gəlirləri, bilet satışından daxilolmalar hesabına formalaşıb.