"Güləş Qarabağda" kampaniyası davam edir.

Offsideplus.az xəbər verir ki, güləşçilər kampaniyanın ikinci günündə Laçın şəhərindəki 2 saylı orta məktəbi ziyarət ediblər.

Rafiq Hüseynov, Eldəniz Əzizli, Mariya Stadnik, Rəsul Çunayev və Oyan Nəzəriani şagirdlərin suallarını cavablandırıb və avtoqraf veriblər.

Onlar daha sonra Şuşa şəhərinə gediblər. Şuşa qalasında yerli sakinlərlə görüşən nümayəndə heyəti onlarla xatirə şəkli çəkdirib.