Azərbaycan Basketbol Liqasında (ABL) bu gün bir oyun baş tutacaq.

Offsideplus.az xəbər verir ki, VII turdan təxirə salınmış "Şəki" - "Neftçi" qarşılaşması bu gün oynanılacaq.

Görüş Şəki Olimpiya İdman Kompleksində, saat 17:00-da başlayacaq.

Qeyd edək ki, bu iki komanda A qrupunda mübarizə aparır. "Neftçi" qrupda 4-cü, "Şəki" isə 5-ci pillədə yer alıb. Onların hər ikisinin 10 xalı var.