Luka Modriç ötən gecə Millətlər Liqasının yarımfinalında Niderlanda qarşı oyunda assist və qola imza atıb, penalti qazanıb.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi Xorvatiya millisində ilk titulunu əldə etməyə çox yaxındır. Oyundan sonra jurnalist və Luka arasında maraqlı dialoq keçib. 

 "Sənin şəxsiyyət vəsiqənə baxa bilərəm? Çünki bu, inanılmazdır, 37 yaşın var və 120 dəqiqə qaçırsan?", müxbir deyib. Modriç isə belə cavablayıb:

"Müsahibədən sonra sənə verə bilərəm (gülür). Sadəcə futbolu sevirəm. Bu, mənim güc və qüvvəmdir".

 

Günay Xəlil