"Prinsipcə, oyun bizim üçün yaxşı keçdi. Sadəcə, qol fürsətlərini reallaşdıra bilmədik. Mən də qol vura bilərdim. Alınmadı. Qalib gəlmək lazım idi. Qələbə çox lazımdır".
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Anatoli Nuriyev deyib.
29 yaşlı yarımmüdafiəçi dünən 2,5 illik fasilədən sonra yığmamızın formasında Riqada Latviya yığmasına qarşı beynəlxalq yoldaşlıq görüşündə çıxış edib.
O, öz oyununu belə qiymətləndirib: "Meydançaya ikinci hissənin əvvəlində çıxdım. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdım. Hər hansısa faydalı hərəkətlə yadda qalmağa cəhd göstərdim".
A.Nuriyev yığma üzvlərinin hansı səbəbdən son 5 matçda fərqlənə bilməmələri barədə fikrini söyləyib: "Məni 2 il yarımdan sonra ilk dəfə yığmaya çağırıblar. Ona görə bu suala cavab vermətə çətinlik çəkirəm. Kimə nəyin maneçilik törətməsi mənə məlum deyil. Heyətə dəvət almadığım oyunları da diqqətlə izləmişəm və deyə bilərəm ki, yığma üzvləri həmin qarşılaşmalarda həqiqətən xeyli qol vurmaq şansına malik olublar".
İstedadlı futbolçu iyunun 10-da Bakıda Macarıstana qarşı keçiriləcək yoldaşlıq görüşündən gözləntilərini açıqlayıb: "Təbii ki, yaxşı nəticə görtərmək niyyətindəyik. Məqsədimiz sentyabrda start götürəcək dünya çempionatının seçmə mərhələ oyunlarına yaxşı hazırlaşmaqdır"