AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən yeni bir təyinat alıb.
Offsideplus.az-ın verdiyi məlumata görə, bu barədə AFFA-nın rəsmi saytında açıqlama verilib.
Zümrüd Ağayeva qadın futbolçular arasında Avropa çempionatının pley-off mərhələsində keçiriləcək Gürcüstan - İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma oktyabrın 25-də Gürcüstanın paytaxtı Tiflisdə, "Mixail Mesxi 2" stadionunda təşkil ediləcək.
Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.