"Sabah" Misli Premyer Liqasının XXXI turunda "Kəpəz"i qəbul edib.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" oyunu məğlubiyyətlə başa vurub.
Görüşdən sonra "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçla bağlı fikirlərini bildirib:
"Kəpəz"i itəbrik edirəm. Çox danışacaq bir şey yoxdur. İlk hissədə dominant tərəf biz idik. Sadəcə künc zərbələrindın 2-3 qol vura bilərdik, ancaq "Kəpəz"in qapıçısı mane oldu. Fasilədən sonra əvəzetmələr etdik. Ancaq bundan sonra ritmimiz aşağı getdi. Bəzən tələsirdik. Təəssüf ki, uzunmüddətdir davam edən məğlubiyyətsizlik seriyamız başa çatdı. Təəssüləmməyə vaxtımız yoxdur. Kubokun finalına hazırlaşmalıyıq".
Litvalı mütəxəssis bu qarşılaşmada az forma geyinən oyunçulara şans verdiklərini də bildirib:
"Bu gün az şans tapan oyunçulara şans verdik. Həm də bu, onlar üçün şans idi. Özlərini göstərə bilərdilər. Mən onların bu gün göstərdiyi səydən narazılıq edə bilmirəm.
Asan deyil 5-6 oyunçunu eyni anda dəyişmək. Bugünkü heyətimiz daha əvvəl bir yerdə oynasa idi, siz daha fərqli oyunun şahidi olardınız. Sabahdan məşqlərə qayıdıb, 3-cü günə hazırlaşacağıq".
Qeyd edək ki, "Sabah" mayın 13-də ölkə kubokunun finalında "Zirə" ilə qarşılaşacaq.


