İngiltərə Premyer Liqasının "Bornmut" klubu sağ müdafiəçi Áleks Ximenez ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara görə daxili araşdırma başladıb.

Offsideplus.az xəbər verir ki, iddialara görə, 21 yaşlı ispaniyalı futbolçu 15 yaşlı bir qızla uyğunsuz mesajlaşmalar aparıb.

Sosial mediada geniş şəkildə yayılan ekran görüntülərində Ximenezin qızla yazışmaları əks olunur. Qız özünün 15 yaşında olduğunu bildirəndən sonra da Jimenez görüş təklifini davam etdirib və “kiçik qızları sevirəm”, “15 yaşlı qızla heç vaxt birlikdə olmamışam” kimi ifadələr 

Yazışmalardan bəzi parçalar:

  • Ximenez: “Görüşməyə nə deyirsən"
  • Qız: “Hələ 18 yaşında deyiləm”
  • Ximenez: “Neçə yaşın var, 16?”
  • Qız: “Bəli.”
  • Jimenez: “Çox ağıllıyam... Yaş təbii ki, önəmlidir, amma məndən kiçik qızları sevirəm. Heç 15 yaşındakı bir qızla birlikdə olmadım.”

Daha sonra Ximenez iddialara cavab olaraq bəzi mesajlarında geri çəkilməyə çalışıb və “yanlış anlaşılma” olduğunu bildirib.

Buna baxmayaraq, yazışmalar böyük rezonans doğurub.

"Bornmut" klubu məsələyə ciddi yanaşaraq Ximenezi bu həftəsonu "Fulhem" ilə keçiriləcək Premyer Liqa matçının heyətinə daxil etməyib. Klubun rəsmi açıqlamasında deyilir:

“Bornmut" sosial mediada sağ müdafiəçi Aleks Ximenez ilə bağlı yayılan postlardan xəbərdardır. Məsələnin ciddiliyini anlayırıq və hazırda araşdırma aparılır. Bu səbəbdən Aleks sabahkı matçın heyətinə daxil edilməyəcək və klub hazırda əlavə şərh verməyəcək.”