Bakıda keçiriləcək "UFC Fight Night" turniri çərçivəsində Rafael Fiziyev və Manuel Torres qarşılaşmasının bilet satış tarixi məlum olub.

Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq möhtəşəm gecənin biletləri mayın 15-i, saat 10:00-dan etibarən iTicket platformasında satışa çıxarılacaq. "UFC Fight Club" üzvləri üçün isə üstünlük tanınaraq onlar üçün satış mayın 13-də açılacaq.

Hazırda yüngül çəkidə 11-ci olan təmsilçimiz Rafael Fiziyev doğma azarkeşləri önündə "Loco" ləqəbli meksikalı Manuel Torreslə üz-üzə gələcək.

Qeyd edək ki, bu il "UFC Fight Night" iyunun 27-də baş tutacaq