Azərbaycan cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində ilk günü medalsız başa vurublar.
Offsideplus.az xəbər verir ki, son olaraq Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) üçüncü yer uğrunda görüşdə məğlub olublar.
Ş.Həmidova Kristina Dudinaya (Rusiya), G.Məmmədəliyeva isə Nandin-Erdene Myaqmarsurenə (Monqolustan) uduzub.
Rəşad Yelkiyev, Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) əvvəlki mərhələlərdə uduzaraq medal qazanmaq şanslarını itiriblər.
Qeyd edək ki, turnir mayın 10-da başa çatacaq.


