"Kəpəz" Misli Premyer Liqasının XXXI turunda səfərdə "Sabah" 1:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra qarşılaşma ilə bağlı fikirlərini bildirib:
"Sabah"ı çempionluq münasibətilə təbrik edirəm. Ümid edirəm ki, Azərbaycanı avrokuboklarda yaxşı təmsil edəcəklər. "Sabah" elə bir komandadır ki, oyunu ilk hissədəcə bitirirlər. Yusif İmanov ilk hissədə əla iş çıxardı.
Rəqib mərkəzdə yerdəyişmələr edirdi. Fasilədən sonra buna cavab verməyə çalışdıq. İkinci hissəyə fokuslanmışdıq, bunu da bacardıq.
Heyətdə çox böyük dəyişikliklər edə bilmirik. Ən böyük çətinliyimiz o idi ki, heyətimizdə oyunçu sayı azdır, rotasiya edə bilmirik. Ardıcıl 4 oyunda məğlub olanda bu, bizə mane olurdu".


