"Fənərbağça" klubu maliyyə limitlərini aşdığı üçün uefa-nın sərt sanksiyası ilə üz-üzə qalıb.
Offsideplus.az xəbər verir ki, qurumun sarı-lacivərdlilərə 15 milyon avro məbləğində ağır pul cəriməsi kəsəcəyi bildirilir. İyun ayında rəsmən açıqlanacaq bu qərarın klubun yeni mövsüm planlarına ciddi təsir edəcəyi gözlənilir.
Yanvar ayından başlayan və müstəqil auditorların da qatıldığı araşdırmalarda klubun son dövrdəki yüksək xərcli əməliyyatları mercek altına alınıb. uefa müfəttişləri xüsusilə aşağıdakı detalları riskli hesab ediblər:
- Ulduz transferlər: Kerem Aktürkoğlu, Milan Şkriniar və Dieqo Karlos kimi futbolçuların müqavilələri.
- Sponsorluq şübhəsi: Kerem Aktürkoğlu transferindəki sponsorluq strukturu və illik ödəniş planlarının maliyyə feir-pley qaydalarına uyğunsuzluğu.
- Baş məşqçi faktoru: Joze Mourinyonun müqavilə detalları və maliyyə yükü.
Cərimə qərarının iyun ayının ilk həftəsində rəsmən elan edilməsi gözlənilir. Bu tarix "Fənərbağça" üçün ikiqat əhəmiyyət kəsb edir, çünki klub 6-7 iyun tarixlərində keçiriləcək prezident seçkilərinə hazırlaşır. 15 milyon avroluq bu "fatura"nın seçki öncəsi klub daxili tarazlıqları necə dəyişəcəyi maraq doğurur.
İndi bütün diqqətlər UEFA-nın rəsmi açıqlamasına yönəlib.
Cəmiyyəti düşündürən əsas sual isə budur: Sanksiya yalnız pul cəriməsi ilə məhdudlaşacaq, yoxsa "Fənərbağça"ya növbəti mövsüm üçün transfer məhdudiyyəti də qoyulacaq?


