Misli Premyer Liqasında XXXI tura bu gün start veriləcək.

Offsideplus.az xəbər verir ki, açılış oyunu Qubada baş tutacaq.

"İmişli" 'Zirə"ni qəbul edəcək. "Zirə" 4-cü yeri tutmaq istəyir. Ona görə də yalnız qələbəni düşünürlər.

Son 4 oyunda 3 qələbə qazanan "İmişli" isə turnir cədvəlində rahat yerdədir. Onların növbəti mövsüm Premyer Liqada olacağı dəqiqləşib.

8 may (cümə)

16:30 “İmişli”– “Zirə”

Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Mirnihat Seyidov, Emin Əliyev

VAR: Rauf Cabarov

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Nəriman Axundov

Quba OİK stadionu