"Marsel" klubunun hücumçusu Meyson Qrinvudun bu yay komandadan ayrılacağı təqdirdə keçə biləcəyi ehtimal olunan klublar müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, süni intellekt platforması "Perplexity"nin təhlillərinə əsasən, ingiltərəli futbolçu üçün ən cəlbedici istiqamətlər Avropanın nəhəng klublarıdır.
Qrinvudun gələcəyi üçün ön plana çıxan klublar aşağıdakılardır:
- "Tottenhem": London təmsilçisi hücum xəttindəki kəsiri aradan qaldırmaq üçün Qrinvudu əsas hədəflərdən biri kimi nəzərdən keçirir.
- "Mançester Yunayted": Futbolçunun məxsus olduğu doğma klubuna geri dönmə ehtimalı hələ də gündəmdədir.
- "Çelsi": Heyətini gənc və istedadlı oyunçularla gücləndirməyə çalışan "zadəganlar"ın da bu transferdə maraqlı olduğu bildirilir.
- "Real Madrid": İspaniya nəhəngi hücum potensialını daha da artırmaq məqsədilə Qrinvudun variantını masada saxlayır.
Fransa mətbuatında yer alan xəbərlərə görə, "Marsel" rəhbərliyi uyğun təklif gələcəyi təqdirdə futbolçunun satışına yaşıl işıq yandırmağa hazırdır.


