Dünya futbolunun əfsanəsi Leo Messi karyerasının əvvəllərində bəzi ulduz futbolçularla forma dəyişmədiyi üçün təəssüf hissi keçirdiyini etiraf edib.

Offsideplus.az xəbər verir ki, ​"Barselona"nın keçmiş kapitanı həm komanda yoldaşları, həm də rəqibləri arasında formalarını kolleksiyasına qatmaq istədiyi şəxslərin adlarını çəkib:

"Bir çox komanda yoldaşımla formalarımı dəyişmədiyim üçün həqiqətən peşmanam. Məsələn, Ronaldinyo, Xavi və İnyesta ilə daha çox forma mübadiləsi edə bilərdim."

​Messi təkcə dostlarını deyil, bir vaxtlar rəqib olduğu əfsanələri də qeyd edib:

"Həmçinin, Roberto Karlos, Devid Bekhem və Ronaldo Nazario kimi rəqiblərimdən də vaxtında formalarını istəməyi çox istərdim. İndi geri baxanda bunu dəyişdirmək istərdim."

​Qeyd edək ki, Messi hazırda dünyanın ən zəngin forma kolleksiyalarından birinə sahib olsa da, futbol tarixinin bu ikonik adları ilə vaxtında mübadilə etməməsini karyerasının kiçik bir boşluğu kimi dəyərləndirir.