Misli Premyer Liqasında çempionluğu təmin edən "Sabah" bu gün "Kəpəz"i qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" üçün matçın əhəmiyyəti olmasa da, "Kəpəz"ə 11-ci yerdən qaçmaq üçün xal lazımdır.

Tərəflər arasındakı cari mövsüm daha əvvəl baş tutan hər iki matçda "Sabah" qələbə qazanıb.

Misli Premyer Liqası, XXXI tur

8 may (cümə)

19:30 “Sabah” – “Kəpəz”

Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

“Bank Respublika Arena”