"Barselona" klubunun keçmiş prezidenti Xosep Mariya Bartomeu braziliyalı ulduz Vinisius Juniorun transferi ilə bağlı illər sonra səs gətirəcək etiraflar edib.
Offsideplus.az xəbər verir ki, Bartomeu hazırda dünya futbolunun ən parlaq simalarından biri olan Vinisiusun bir vaxtlar Kataloniya klubuna keçməyə çox yaxın olduğunu bildirib:
"Biz Vinisiusu transfer etmək üçün tam razılıq əldə etmişdik. Hər şey hazır idi. Lakin sonradan 'Real Madrid' dövrəyə girdi və bəlkə də daha yaxşı bir təkliflə transferi 'oğurladı'."
Keçmiş prezidentin bu sözləri, "Barselona" azarkeşləri arasında böyük təəssüf hissi ilə qarşılanıb. Vinisius Junior "Flamenqo" klubundan "Real Madrid"ə keçdikdən sonra "Kral Klubu"nun uğurlarında əsas pay sahiblərindən birinə çevrilib.


