"Bavariya" klubunun 18 yaşlı istedadlı futbolçusu Lennart Karl karyerasında mühüm bir addım atmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, gənc ulduzun bu yay İspaniya nəhəngi "Barselona"ya qoşulmaq üçün klub rəhbərliyinə müraciət etdiyi bildirilir.

​Karyerasını İspaniyada davam etdirməyə müsbət baxan Karl, Kataloniya təmsilçisinə transfer olunmaqda israrlıdır. 18 yaşlı yarımmüdafiəçinin bu istəyi transfer bazarında böyük marağa səbəb olub.

​Məlumata görə, Lennart Karl artıq öz gələcəyini Almaniyadan kənarda görür və "göy-qırmızılılar"ın heyətində çıxış etmək üçün bütün imkanları dəyərləndirir.