FIFA Dünya Çempionatı üçün inqilabi bir qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, belə ki, turnirin tarixində ilk dəfə olaraq hər üç ev sahibi ölkədə — Meksika, ABŞ və Kanadada ayrı-ayrılıqda möhtəşəm açılış mərasimləri keçiriləcək. Artıq mərasimlərdə çıxış edəcək dünya ulduzlarının adları da bəllidir.
Hər bir ev sahibi ölkənin ilk oyununda yerli və beynəlxalq ulduzların iştirakı ilə xüsusi şoular təşkil olunacaq:
- Meksika üçün: "Mana", Alexandro Fernandez, Belinda, "Los Anceles Azules" və Tayla.
- ABŞ üçün: Keti Perri, Fyutçer, Sancoy, Liza və Marilina Boqado.
- Kanada üçün: Maykl Bubley, Alanis Morisset və Alessa Kara.
FIFA, həmçinin mərasimlərin miqyasını genişləndirmək üçün qlobal musiqi dünyasının ən parlaq simalarını da bu tədbirlərə cəlb edib. J Balvin, Anitta, Denni Oşen, Elyanna, Vegedrim, Cessi Reyez, Nora Fatehi və Vilyam Prins kimi ifaçılar müxtəlif açılış mərasimlərində çıxış edərək futbol bayramına rəng qatacaqlar.


