​"Real Madrid" klubunun daxilində sular durulmur.

Offsideplus.az xəbər verir ki, Bbu mövsüm komandanın məşqçi heyətində yer alan Alvaro Arbeloa ilə 6 futbolçu arasında ciddi narazılıqlar yaşandığı bildirilir.

​Klub daxilindəki gərginliyin əsas səbəbləri oyun vaxtı, taktiki seçimlər və şəxsi münasibətlərdir. Budur Arbeloa ilə qarşıdurma yaşayan oyunçular və onların narazılıqları:

  • Alvaro Karreras, Dani KarvaxalEduardo Kamavinqa: Bu oyunçular əsasən meydanda az şans qazanmalarından və ya zəruri hesab etmədikləri əvəzetmələrdən dolayı Arbeloaya etirazlarını bildiriblər.
  • Raul AsensioDavid Alaba: Komandanın digər üzvləri də bənzər şəkildə oyun dəqiqələrinin azlığından narazıdırlar.
  • Dani Sebalyos: Digərlərindən fərqli olaraq, Sebalyos ilə Arbeloa arasında vəziyyət daha ciddidir. Bildirilir ki, futbolçunun məşqçi ilə heç bir şəxsi və ya peşəkar ünsiyyəti yoxdur.

​Hazırda "Real Madrid" rəhbərliyinin bu daxili münaqişələrə necə reaksiya verəcəyi maraq doğurur.