Futbol üzrə Azərbaycan yığması Avstriyaya yollanacaq..
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, futbol üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışını keçirəcək.
Hazırlıq prosesi iki mərhələdən ibarət olacaq: komanda mayın 28-dən 30-dək Bakıda məşq edəcək, iyunun 1-dən 10-dək isə hazırlıqlarını Avstriyanın Bad-Valtersdorf şəhərində davam etdirəcək.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Avstriya toplanışı çərçivəsində iki sınaq oyununda qüvvəsini sınayacaq.
Millimiz iyunun 5-də Malta, iyunun 9-da isə San Marino yığması ilə qarşılaşacaq. Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" İdman Kompleksində keçiriləcək hər iki görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.


