Türkiyə millisinin və "Real"ın ulduz futbolçusu Arda Gülər AVRO-2024-ə fırtına kimi başlayıb.
Offsideplus.az xəbər verir ki, vurduğu gözəl qolla qələbədə mühüm pay sahibi olan Arda Gülər dünya mətbuatının da marağına səbəb olub.
Marca: "Arda Gülər Türkiyə ilə ulduz kimidir. Türkiyənin Messisi"
ESPN: "16 yaşlı Lamin Yamal və 19 yaşlı Arda Gülər Avropa çempionatının ilk matçında şou göstərirlər. Futbolun gələcəyi etibarlı əllərdədir".
Rio Ferdinand: "Arda Gülər. Turniri gənclərin çıxışı müəyyənləşdirir".
Guardian: "Güler "Türkiyənin Messi iddiasını davam etdirdi və ilk matçında Gürcüstanı darmadağın etdi."
FIFA: "Onun adı Gülərdir. Arda Gülər!"
The Sun: "Arda Gülərin möhtəşəm zərbəsi Ronaldonun rekordunu qırdı".
A Bola: "Arda Gülər matçda çox iştirak etməsə də, möhtəşəm qolla matçın taleyini əla məqamda müəyyənləşdirdi".
Mundo Deportivo: "Aman Allahım, Arda Gülər nə qol vurdu!"
El Pais: "Türkiyə Arda Gülərin mükəmməl qolu ilə Gürcüstanı 3-1 məğlub etdi".