"Nə üçün hələ də Arif Əsədov müəyyənləşdirir yığma komandanın heyətini? Rəsmi oyunlara vaxt az qalıb. Federasiyanın yeni rəhbərliyi bu məsələdə çoxdan tələsməli idi. Keçmiş futbolçu kimi Arif Əsədova böyük hörmətimiz var. Ancaq milli komandanın baş məşqçisi kimi “o” deyil, alınmayacaq".

Bu sözləri Offsideplus.az-a açıqlamasında tanınmış futbol agenti Erkin İbrahimov dedi. Tanınmış menecer Albaniya və Qazaxıstan yığmaları ilə yoxlama görüşləri üçün milliyə dəvət olunan futbolçuları da dəyərləndirdi:

“Heyətə cəlb olunanlar yuxarı-aşağı eyni səviyyədədir. Bəziləri formada ola bilər, bəziləri yox. Bizim seçimimiz azdır. Əvvəlki dövr deyil ki, deyək kimsə əla oynayır, amma, çağırılmayıb”.