"Real"ın futbolçusu Vinisius Junior "el klasiko"da yaşanmış irqi qalmaqalla bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, təcrübəli forvard "X" sosial şəbəkə hesabında bunları yazıb:
"Təəssüf ki, "Santyaqo Bernabeu"da irqçi təhqirlər yaşandı. Bu cinayətkarların. cəmiyyətimizdə yeri yoxdur. Lamin Yamalı, Ansu Fatini və Rafinyanı tam dəstəkləyirəm".
Qeyd edək ki, Vinisiusun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.