Argentina yığmasının sabiq futbolçusu Serxio Aquero maraqlı fikirlər səsləndirərək mətbuatın diqqətini cəlb edib.

Offsideplus.az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb. Veteran futbolçu bunları söyləyib:

"Mbappe "Real"ın oyun üslubuna uyğun performans sərgiləməlidir. PSJ-də əks-hücumdan rəqiblərini cəzalandırırdı. Hazırkı klubunda isə fərqli bir oyunla qarşılaşır. İndi rəqibləri darmadağın edən, PSJ-dən tanıdığımız Mbappenin yoxluğunu hiss edirik. "Real"a qarşı oynayarkən, Mbappenin deyil, Vinisiusun bölgəsini müdafiə etməsi vacibdir. Rəqib futbolçulara çətinlik yaşadan odur".