Noyabrın 15-də İtaliyanın Montesilvano şəhərində şahmat üzrə kadetlər arasında dünya çempionatı başlayacaq.
Offsideplus.az xəbər verir ki, 8, 10, 12 yaşlı qız və oğlanların yarışında Azərbaycanın 10 şahmatçısı mübarizə aparacaq.
Azərbaycan Avropa çempionatında 22 şahmatçı ilə təmsil olunur.
İtaliyadakı dünya birinciliyində ölkəmizi Mətin Bəkirli, Yasin Əzimov, Məhəmməd Kazımzadə, Əhməd Hüseynov, Yaşar Şirinov, Sabirə Muradlı, Mehriban Əhmədli, Nurgün Fəxrətzadə, Zəhra Allahverdi və Sadəgül Əfəndi təmsil edəcəklər.
Ümumilikdə, yarışda 80-dən çox ölkədən 4000-dən çox yeniyetmə iştirak edəcək.
Dünya çempionatı noyabrın 26-da başa çatacaq.