Bakıda UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun ikinci mərhələsi AFFA-nın təşkilatçılığı ilə baş tutub.
Offsideplus.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti informasiya yayıb.
Məlumatlara görə, üç gün davam edən məşğələlərə UEFA təlimatçısı Fritz Şmid və yerli mütəxəssislər Aslan Kərimovla Osman Rəhimov rəhbərlik ediblər.
Tədbirin son günündə "ASK Arena"da praktiki məşq keçirilib.