FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Offsideplus az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

K.Umudlu UEFA Gənclər Liqasının V turu çərçivəsində keçiriləcək “Şturm” (Avstriya) – “Girona” (İspaniya) oyununun baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını bolqarıstanlı Emil Ristoskov yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 27-də Sankt Veit an der Qlan şəhərində yerləşən “Cek Lemans Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.