Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, qurum aşağıdakı qərarları qəbul edib:
1. “Lion” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
2. 28 avqust 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən II turun ASTA FK – “Lion” PFK oyununda “Lion” PFK komandasının 7 nömrəli futbolçusu Hüseyn Hüseynov, 21 nömrəli futbolçusu Kərim Kərimli və 10 nömrəli futbolçusu Həsən Hüseynov təcavüzkar davranışlarına görə qırmızı vərəqə ilə cəzalandırıldıqları üçün futbolçuların hər birinin 4 oyun cəzalanması (AFFA İntizam Məcəlləsinin 40.3-cü maddəsi) barədə AFFA İntizam Komitəsinin 5 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilsin.
3. Futbolçu Həsən Hüseynov barəsində tətbiq olunan 4 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 2 oyunluq cəza şərti olaraq tətbiq edilsin.
4. Futbolçu Həsən Hüseynov üçün şərti cəzanın çəkilməsinə görə 3 (üç) ay sınaq müddəti təyin edilsin və sınaq müddətinin başlanğıcı 8 sentyabr 2024-cü il tarixindən etibarən hesablansın.
5. AFFA İntizam Komitəsinin 5 sentyabr 2024-cü il tarixli qərarı digər futbolçular Hüseyn Hüseynov və Kərim Kərimliyə münasibətdə dəyişdirilmədən qüvvədən saxlanılsın.
6. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
7. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.