"Barselona" 30:0 hesablı qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, Kataloniya klubunun qadınlardan ibarət C komandası "Serdaqnol Valles"i rekord hesabla darmadağın edib.
Matçda ən çox qola Noa Orteqa imza atıb. O, 9 dəfə rəqib qapısına yol tapıb.
"Barselona" bu qalibiyyətdən sonra 67 xalla (22 qələbə, 1 bərabərlik) turnir cədvəlinin şəriksiz lideridir. Kataloniyalılar ən yaxın izləyicisi olan "Mataro"nu 9 xal qabaqlayır.
Bu qələbədən sonra İspaniyada yenidən idmanda ədalət prinsipləri ilə bağlı müzakirələr qızışıb. Mütəxəssislər xüsusilə yeniyetmələr və gənclər arasında belə nəticələrin qeydə alınmasını pisləyirlər və vəziyyətdən çıxmaq üçün uyğun mexanizmin tətbiq olunmasını istəyirlər.