İngiltərə Premyer Liqasının 11-ci turunda "Tottenhem"lə oyunda "Everton"un futbolçusu Andre Qomeş ciddi zədələnib.

Offsideplus.az xəbər verir ki, matçın 78-ci dəqiqəsində rəqib futbolçusu Son Hın Minlə mübarizə zamanı onun ayağı qırılıb. Hakim cənubi koreyalı futbolçunu qırmızı vərəqə ilə meydandan qovub. O, rəqibinin ayağını qırdığı üçün göz yaşlarını saxlaya bilməyib və meydanı isterika vəziyyətində tərk edib.

"Everton"un rəsmi saytı Andre Qomeşin ayaq sümüyünün qırıldığını təsdiqləyib. Portuqaliyalı yarımmüdafiəçinin yaxın günlərdə əməliyyat olunacağı bildirilib. 

"Tottenhem" klubu insident zamanı sarsılan Son Hın Minin durumundan narahat olub. Klub daha tez toparlanması üçün klubda psixoloq olmasına baxmayaraq, başqa bir psixoloqun yardımından istifadə edəcək.