"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa La Liqada "Sevilya" üzərində qazanılan 1-0 hesablı qələbədən sonra gələn həftəsonu bir çox ayrılığın yaşanacağını bildirib.

Offsideplus.az xəbər verir ki, "Ramon Sançes Pisxuan" stadionunda Vinisius Juniorun qolu ilə qalib gələn Madrid təmsilçisi üçün mövsümün son oyunu tam bir vida xarakteri daşıyacaq.

Mövsümün son matçının (23 may, şənbə günü) "Atletik Bilbao"ya qarşı oynanılması planlaşdırılsa da, hər iki komandanın turnir baxımından heç bir iddiası qalmadığı üçün oyunun vaxtının dəyişdirilməsi müzakirə olunur.

Mətbuat konfransında son oyunla bağlı gözləntilərini bölüşən Arbeloa komandada müqaviləsi başa çatan və yayda ayrılacaq futbolçuların adlarının hallandığı bir vaxtda maraqlı açıqlamalar verib.

Bildirilir ki, müqavilələri yenilənməyən Dani KarvaxalDavid Alaba ilə yanaşı, Dani Sebalyos da bu yay Madridi tərk edəcək.

Arbeloa öz gələcəyi haqqında da danışıb: "Həftəsonu təqviminin necə olacağını görəcəyik. Amma bəli, bu, mövsümün son matçıdır və şübhəsiz ki, bəzi futbolçular üçün həm də bir vida günü olacaq. Azarkeşlərimiz önündə möhtəşəm bir oyun nümayiş etdirməyə və bu formadakı hər dəqiqədən zövq almağa çalışacağıq. Təbii ki, bu, mənim özümə də aiddir."

4 aydır komandanın başında olan Arbeloanın da növbəti mövsümdə əsas komandanın baş məşqçisi olmayacağı və onun da bu oyunla vidalaşacağı gözlənilir.

Mövsüm ərzində "Real Madrid" azarkeşləri tərəfindən (xüsusilə "Real Ovyedo"ya qarşı 2-0 qazanılan matçda) fitə basılan Kilian MbappeVinisius Junior haqqında danışan məşqçi hər ikisinin böyük çətinliklərdən keçdiyini vurğulayıb: "Mən hər kəsin əməyindən razıyam. Məqsədlərimizə çatmadığımızın fərqindəyik, amma həm Vini, həm də Kilian bu 4 ayda əllərindən gələni etdilər. Onlar dünyadakı istənilən klubun heyətində görmək istəyəcəyi, oyunun taleyini dəyişən ən yaxşı 5 futbolçudan ikisidir."

"Sevilya" matçında Vinisius Junior Aurelien Çuameni və dinq nömrəli oyunçuların ağrılarla oynadığını bildirən Arbeloa ciddi bir zədənin olmadığını, lakin ehtiyac yaranarsa, gənclər akademiyasından (Leiva kimi) yenidən dəstək alacaqlarını qeyd edib.