Türkiyə Superliqasında 34-cü turun oyunları başa çatıb.

Offsideplus.az xəbər verir ki, bununla da liqada 2025/26 mövsümünə yekun vurulub.
Çempionluq yarışından tutmuş, avrokuboklara vəsiqə və liqanı tərk edən komandaların taleyinə tam aydınlıq gəlib.

  • "Qalatasaray" möhtəşəm bir mövsümü geridə qoyaraq növbəti dəfə Türkiyənin ən güclüsü olub və muzeyinə 26-cı çempionluq kubokunu aparıb.
    Bu uğur sayəsində "sarı-qırmızılılar" növbəti mövsüm birbaşa UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparmaq hüququ əldə ediblər.
  • "Fənərbağça": Çempionluq yarışını ikinci sırada tamamlayan klub ölkəni UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində təmsil edəcək.
  • "Trabzonspor": Mövsümü uğurlu pillədə başa vuran Qara dəniz təmsilçisi UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinə vəsiqəni təmin edib.
  • "Beşiktaş": İstanbul nəhəngi cari mövsümün nəticələrinə əsasən UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə yollanır. 


Türkiyə Kubokunun avrokuboklara təsiri: Əgər "Trabzonspor" Türkiyə Kubokunun qalibi olarsa, Avropa Liqasında 2-ci təsnifatdan birbaşa pley-off mərhələsinə adlayacaq. Bu halda "Beşiktaş" Konfrans Liqası əvəzinə, "Trabzonspor"dan boş qalan UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinə keçid edəcək.


Cədvəlin alt qatında da amansız mübarizə yekunlaşıb. Mövsümü uğursuz tamamlayan üç klub elitadakı yerini itirərək növbəti mövsümdə TFF 1. Ligdə (2-ci liqada) mübarizə aparmalı olacaqlar:

  • "Antalyaspor"
  • "Kayserispor"
  • "Fatih Karagümrük"