Misli Premyer Liqasının XXXII turunda "Neftçi" səfərdə "Sabah"ı 2:1 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "bayquşlar"ın baş məşqçisi Valdas Dambruaskas şərh edib:

Mən hesab edirəm ki, həftə ərzində baş verənləri nəzərə alsaq, kubokun qalibi olduqdan sonra emosional baxımdan çempionatda maksimumu vermək çətindir. Buna baxmayaraq, oyunçularımın performansından razı qaldım.

Bu gün az oyun dəqiqəsi əldə etmiş futbolçularımıza da şans verdik. Qarşımızdakı komanda çempionatın ən yaxşı komandasıdır. Lakin bu gün biz başabaş oynadıq. Sadəcə, bu oyunçular əvvəllər bir yerdə çıxış etmədikləri üçün bu gün onlar üçün bir qədər çətin oldu.

İstənilən halda, meydanda bir-birindən çox da fərqlənməyən iki komanda gördük. Biz səhv etdik və rəqib bizim səhvimizdən yararlandı, biz isə onların səhvlərindən istifadə edə bilmədik”.