"Mançester Siti"nin əfsanəvi baş məşqçisi Pep Qvardiola karyerası barədə yekun qərarını verib.
Offsideplus.az xəbər verir ki, o, cari mövsümün sonunda İngiltərə klubundan ayrılmaq qərarı verib.
Mənbələrin məlumatına görə, ispaniyalı mütəxəssis bu qərarı hələ bir neçə həftə əvvəl qəbul edib. Rəsmi açıqlamanın isə Premyer Liqanın son turundakı oyundan dərhal sonra veriləcəyi gözlənilir.
"Mançester Siti" rəhbərliyi Qvardiolanın gedişindən sonra yaranacaq boşluğu doldurmaq üçün vaxt itirməyib. Klubun sükanı italyan mütəxəssis Enzo Mareskaya tapşırılacaq.
Keçmişdə Qvardiolanın köməkçisi kimi "Mançester Siti"də çalışmış Mareska ilə klub arasında tam razılıq əldə olunub.
Pep Qvardiolanın şəxsən özünün də onun oyun fəlsəfəsini ən yaxşı davam etdirəcək şəxs kimi Mareskanı rəhbərliyə tövsiyə etdiyi bildirilir.
2016-cı ildə komandanın başına keçən Pep Qvardiola Mançester təmsilçisində keçirdiyi 10 il ərzində İngiltərə və Avropa futbolunu tamamilə dominasiya edərək inanılmaz uğurlara imza atıb:
-
6 Premyer Liqa çempionluğu
-
1 UEFA Çempionlar Liqası kuboku
-
3 FA Kuboku (İngiltərə Federasiya Kuboku)
-
5 Liqa Kuboku (EFL Cup)
-
3 İngiltərə Superkuboku (Community Shield)
-
1 UEFA Superkuboku
-
1 FİFA Klublararası Dünya Çempionatı qalibliyi


