Misli Premyer Liqasının XXXII turunda "Neftçi" səfərdə "Sabah"ı 2:1 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçı və Konfrans Liqasına vəsiqə qazanmağı şərh edib:

"Çox gözəl bir axşamdır. Qarşımıza qoyulan məqsədə çatdıq. Mən Bakıya gələndə qarşıma tapşırıq qoyulmuşdu ki, "Neftçi" sonradan avrokuboklarda iştirak edə bilsin. Bilirdim ki, dördüncü yerdən uzaqdadır, amma bunu da bilirdim ki, qarşıda çox oyun vardı. Üstəgəl, 2025-ci ildən 2 oyun qalmışdı. Həmin 2 oyundan sonra fasilə yarandı və toplanışa yollandıq. Bundan istifadə etdik ki, qarşımıza qoyulan tapşırıqları yerinə yetirək. Bu tapşırığın çətin olduğunu bilirdim. Buna nail ola biləcəyimizə bilirdik. Bunu edə bilsək, tanrı da bizi mükafatlandıracaqdı". 

Mütəxəssis komandaya ilk gəlişində nəyi dəyişdiyini açıqlayıb:

"Hər bir futbolçu ilə mövsümün əvvəlində fərdi söhbət etdim. Nizam-intizamə yerinə saldıq. Komandanı kifayət qədər yüklədik. Anlayırdıq ki, biz "Neftçi"yik və bütün oyunları birinci kimi oynamalı idik. "Sabah" və "Qarabağ"dan geridə qalmamalı idik".

"Mövsümün sonuna qədər kimsə ilə vidalaşmayacağımızı dedim. Gördüyünüz kimi elə də oldu. Bəziləri var ki, müqavilələrinin müddəti bitir. İstəməzdim ki, avrokuboklarda oyanayaq və ilk mərhələlərdən mübarizəni dayandıraq. Avropa Liqasında təcrübəm var, Konfrans Liqasında da olacaq. Bütün bunları nəzərə alaraq müvafiq qərarlar veriləcək. Həddindən artıq görüləcək iş var. Məqsədlərə çatmaq böyük zəhmətdən keçir".