İngiltərə Premyer Liqasında yeni mövsümə hazırlaşan "Liverpul" transfer bazarında hər kəsi təəccübləndirəcək bir addım atmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi zədə səbəbindən sıradan çıxan gənc hücumçusu Huqo Ekitikenin yerini qısamüddətli olaraq doldurmaq üçün variantları araşdırır.

Klub rəhbərliyinin radarına düşən ən sensasiyalı ad isə polyak qol maşını Robert Levandovski olub.

"Liverpul" rəhbərliyi Ekitikenin yoxluğunda hücum xəttində yaranan boşluğu böyük təcrübəyə malik bir ulduzla bağlamaq niyyətindədir:

İngiltərə klubu 37 yaşlı təcrübəli hücumçunu uzunmüddətli layihə kimi deyil, komandaya dərhal töhfə verə biləcək keçici (müvəqqəti) bir variant olaraq nəzərdən keçirir.

Baş məşqçi korpusu Levandovskinin qol vurmaq instinktinin və Premyer Liqanın gərgin qrafikinə uyğunlaşma qabiliyyətinin yüksək olduğunu düşünür.