Jorje Jejuş rəsmən Portuqaliya millisinin baş məşqçisi təyin edilib.
Offsideplus.az xəbər verir ki,, 71 yaşlı mütəxəssis bu postda 2023-cü ilin yanvarından komandanı çalışdıran Roberto Martinesi əvəzləb.
Portuqaliya seçməsi DÇ-2026-nın 1/8 finalında İspaniya yığmasına minimal hesabla (0:1) uduzaraq turnirlə vaxtından əvvəl vidalaşmışdı.
Qeyd edək ki, Jejuş daha əvvəl Kriştianu Ronaldunun da çıxış etdiyi və ötən mövsüm Səudiyyə Ərəbistanı çempionu olan "Əl-Nəsr" klubuna rəhbərlik edirdi.
Təcrübəli mütəxəssis karyerasında ilk dəfə milli komanda çalışdıracaq.


