Albaniyanın “Eqnatiya” klubunun şərəfini qoruyan Zamiq Əliyev mövsüm başa çatdıqdan sonra vətənə qayıtsa da, Azərbaycandan kənara çıxa bilmirdi.

Buna səbəb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) çağırışı ilə müdafiəçinin ölkədən çıxışına qadağa qoyulmasıdı idi. 

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, məsələ həll olunmaq yolundadır. İyulun 15-i hərbi xidmətə çağırılan milli komandanın futbolçu yaxın günlər ərzində komandasının düşərgəsinə qayıtması gözlənilir. 

Qeyd edək ki, Zamiq Əliyev 2 mövsümdür ki, "Eqnatiya"nın formasını geyinir.